IQNA

Kaliforniyada "Qurani-Kərimin ismarıcı: Xeyirxahlıq" sərgisi təşkil olunacaq

23:46 - March 06, 2013
Xəbər sayı: 2507549
Beynəlxalq qrup: ABŞ-ın Kaliforniya əyalətinin Aukland şəhərində 2013-cü ilin aprel ayının 6-da "Qurani-Kərimin ismarıcı: Xeyirxahlıq" sərgisi təşkil olunacaq.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "İCCNC" xəbər saytına istinadən verdiyi xəbərə görə ABŞ-ın Kaliforniya əyalətinin Aukland şəhərində 2013-cü ilin aprel ayının 6-da "Qurani-Kərimin ismarıcı: Xeyirxahlıq" sərgisi təşkil olunacaq.
Bu sərgi Şimali Kaliforniyanın İslam Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə üç həftə müddətinə keçiriləcəkdir.
Sərginin hədəfi incəsənətdən istifadə edərək Quranla daha yaxından tanış olmaq üçün şərait və zəminələr yaratmaqdır.
Bu sərgidə amerikalı müsəlman incəsənətçiləri müxtəlif sahələr üzrə və Quranın xeyirxahlıq ismarıcından ilham alaraq yaratdıqları öz əsərlərini nümayiş etdirəcəklər.

1200151
captcha